Əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır, ümid edirəm ki… – İlham Əliyev

Azərbaycanla İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var.

İctimai Rəy xəbər verir ki, bunu aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşdə deyib.

“Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək”, – İlham Əliyev bildirib.

Comments are closed.

Tərcümə »