Fransa polisi aprelin ortalarında həbsxana hücumlarında əli olmaqda şübhəli bilinən onlarla insanı həbs edib.
Musavat.com xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Telekanalın mənbəsinə görə, saxlanılanlaar təxminən 20 nəfərdir. Həbslər Paris bölgəsində, Marsel, Lion və Bordoda baş verib. BFMTV gələcəkdə saxlanılanların sayının arta biləcəyini istisna etmir.
Xatırladaq ki, aprelin 15-nə keçən gecə Fransada bir neçə həbsxana cinayətkar qrupların hücumuna məruz qalıb. Hücum edənlər islah müəssisələrinə avtomat silahlardan atəş açıblar, həmçinin həbsxanada saxlanılan gözətçi maşınlarını yandırıblar.
Marsel, Valens və Tulon şəhərlərindəki həbs mərkəzləri, digərləri ilə yanaşı hücuma məruz qalıb. Hücumlar hakimiyyətin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək planlarına cavab olaraq cinayətkar qrupun koordinasiyalı hərəkəti olub.
Comments are closed.