Gürcüstan Prezidenti Mixail Kavelaşvili bu gün İrəvana yola düşüb.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində o, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla təkbətək, daha sonra geniş tərkibdə görüşəcək, bundan sonra tərəflər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
M.Kavelaşvili həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.
Gürcüstan nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament sədrinin birinci müavini Georgi Volski və başqaları daxil olacaq.
Comments are closed.