Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir. Musavat.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə xarici saytlar məlumat yayıb. Məlumatlarda deyilir ki, Suriya və Azərbaycan prezidentləri ötən həftəsonu Türkiyədə keçirilən ilk görüşdə Bakının Suriyanın neft və qaz sektorunun bərpasında necə rol oynaya biləcəyini müzakirə ediblər. Belə ki, Suriya Prezidenti Əhməd əş-Şara ilə Antalya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevin görüşündəki müzakirələrdən xəbərdar olan mənbə bildirib ki, Suriya hökuməti ölkənin şimal-qərbində neft və qaz yataqlarının işlənməsinə kömək istəyir. Suriya hökumətinə yaxın başqa bir mənbə bildirib: “Suriya hər bir regional oyunda tarazlığı saxlamaq istəyir. Neft və qaz yataqlarının istismarında həm Türkiyə, həm də Azərbaycanın iştirak etməsi İsraillə bağlı arxayınlıq yaradacaq”. Xatırladaq ki, yanvar ayında SOCAR-ın Türkiyə filialının baş direktoru Elçin İbadov şirkətin Suriyanın enerji sektorunda iştirak etməyə hazır olduğunu bildirib. O deyib: “Əgər “SOCAR Türkiyə”yə ölkələrimizin – Azərbaycan və Türkiyənin ortaq strateji maraqlarına uyğun bir rol verilirsə və bu enerjiyə tələbat varsa, o zaman bunu yerinə yetirmək bizim borcumuzdur”.

ABŞ dövlət katibi Rubbionun son açıqlamaları beynəlxalq aləmdə rezonans doğurub.

Musavat.com xəbər verir ki, “Axios” nəşri ABŞ-ın danışıqlar prosesindən çıxmaqla bağlı hədələrinin, əslində, Moskvaya deyil, Kiyevə ünvanlandığını yazıb. Nəşrə danışan və Ukrayna hökumətinə yaxın mənbə bildirib ki, dövlət katibi Rubbionun şərhləri, görünür, Ukraynaya təzyiq göstərmək məqsədi daşıyır.

Həmin mənbə, həmçinin, Donald Trampın danışıqlardan çəkilməsi halında ABŞ-ın Ukraynaya hərbi yardımını dayandıra biləcəyindən narahat olduğunu bildirib. Bu isə Vaşinqtonun Kiyevlə münasibətlərində yeni bir gərginlik mərhələsinə işarə edir.

Comments are closed.

Tərcümə »