Almaniya İmamoğluna görə “Tayfun”u Türkiyəyə satmaqdan imtina etdi

Almaniya hökuməti “Eurofighter Typhoon”(“Tayfun”) çoxməqsədli döyüş təyyarələrinin Türkiyəyə satışını rəsmən əngəlləyib.

Haqqın.az xəbər verir ki, bu barədə yazan “Handelsblatt” qəzetinin məlumatına görə, buna səbəb İstanbul bələdiyyə sədri, müxalifət liderlərindən biri, Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Əkrəm İmamoğlunun həbsi olub.

Almaniya qırıcı təyyarələrin tədarükü ilə bağlı texniki danışıqları dayandırıb və bildirib ki, Türkiyədə qanunun aliliyi pozulduğu üçün iki ölkə arasaında razılaşmanın davam etdirilməsi “siyasi və mənəvi baxımdan qəbuledilməzdir”.

“Tayfun” Avropa döyüş aviasiyasının flaqmanlarından biridir. NATO ölkələrindən başqa bəzi Yaxın Şərq ölkələrinin də hərbi hava qüvvələrində var.

Musavat.com xəbər verir ki, “Eurofighter Typhoon” mürəkkəb inkişaf tarixinə malikdir. Avropalılar üçün ümumi təyyarə yaratmaq ideyası hələ 1970-ci illərdə, “soyuq müharibə”nin gərgin tarixi dövründə yaranıb. Aviasiya layihəsi üzərində beş ölkə çalışıb: Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və İtaliya. Bununla belə, “Eurofighter” üzərində birgə iş prosesi daha çox mübarizəyə bənzəyirdi, çünki hər bir ölkə öz ideyalarında israr edirdi və nəhayət, Fransa öz “Rafale”ni yaradaraq layihədən çəkildi.

“Tayfun”un ilk istehsalı yalnız 1994-cü ildə, SSRİ-nin dağılmasından sonra başladı. Dünya ilk istehsal təyyarəsini 1998-ci ildə, yəni F-16-nın artıq çoxlu sifarişlər aldığı və NATO ölkələrinə paylandığı, ən populyar dördüncü nəsil təyyarə adını qazandığı dövrdə gördü. Modifikasiyalar baxımından “Eurofighter Typhoon” 4-cü nəsil aviasiya imkanlarına yalnız 2006-cı ildə çatdı və təyyarənin ən son versiyaları 2014-cü ildə ortaya çıxdı. İlk döyüş təcrübəsi 2011-ci ildə baş verən BMT-nin Liviyadakı hərbi əməliyyatı oldu. CAPTOR-M mexaniki skaner radarları və eyni vaxtda bir neçə hərəkət edən hədəfi izləməyə imkan verən infraqırmızı sistemlə təchiz olunub. Qırıcının maksimal sürəti 2 MAX-a çatır. “Eurofighter Typhoon”un silahları gecəgörmə kamerası və irəliyə baxan infraqırmızı sistemlə tam uyğun gələn dəbilqəyə quraşdırılmış nişangahdan istifadə etməklə hədəflənir və idarə olunur. Təyyarənin ekipajı bir və ya iki pilotdan ibarətdir.

eurofighter-typhoon-osn.jpg (103 KB)

Türkiyə Amerikanın F-35-ləri layihəsindən çıxarıldıqdan sonra “Eurofighter” konsorsiumu ilə danışıqlara başlamışdı. Əvvəlcə texniki danışıqların başlanmasına icazə verən Almaniya Ankaraya 40 qırıcının tədarükü üçün konkret qiymət təklifi göndərmişdi. Lakin İmamoğlunun həbsindən sonra Almaniya prosesi “dondurdu”. Türkiyənin Avropa İttifaqı ilə münasibətlərində artan gərginliyi nəzərə alsaq, yaxın gələcəkdə danışıqların bərpası çətin görünür.

Türkiyə mediası israrla Türkiyənin S-400 sistemlərindən imtina edəcəyi və ya onları İncirlikdəki NATO bazasına təhvil verəcəyi təqdirdə Ankaranın F-35-lərlə bağlı danışıqlara qayıda biləcəyini iddia edir. Hərbi analitiklərin fikrincə, qısa müddətdə Türkiyə Hərbi Hava Qüvvələri təkmilləşdirilmiş F-16-lara və mövcud texniki və siyasi məhdudiyyətlər nəzərə alınmaqla artan dronlar sisteminə etibar etmək məcburiyyətində qalacaq.

Comments are closed.

Tərcümə »