Avropada təhlükəsizliklə bağlı gərginlik artır.
Musavat.com xəbər verir ki, Polşa Prezidenti Andjey Duda ölkəsinin Fransanın “nüvə çətiri” altına keçmək və ya ABŞ-dan nüvə silahı istəmək variantlarını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.
O, bu barədə “Bloomberg”ə verdiyi müsahibəsində danışıb.
Duda Rusiyanın “aqressiv davranışları” fonunda belə bir ehtiyacın yarandığını deyib və bildirib ki, bu iki alternativ – Fransanın nüvə müdafiəsi və ABŞ-dan nüvə silahı tələbi – bir-birini istisna etmir. O, NATO-ya çağırış edərək, nüvə əməkdaşlığının Polşaya da şamil edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Polşa Kütləvi Qırğın Silahlarının Yayılmaması haqqında müqaviləyə əsasən, nüvə silahına sahib ola bilməz.
Bununla belə, Duda ölkəsinin təhlükəsizliyi naminə yeni siyasi yanaşmaların qaçılmaz olduğunu deyib.
Comments are closed.