Yaxın ailə üzvləri üçün xaricdən dərman gətirənlərin nəzərinə!

Yaxın ailə üzvü üçün xarici ölkədən gətirilən dərman vasitələrinin resepti gömrük orqanı əməkdaşlarına təqdim olunduğu təqdirdə buraxılışı təmin olunur.

Bunu “Rəqəmsal gömrük və media” mövzusunda seminarda Musavat.com-a açıqlamasında Dövlət Gömrük Komitəsinin
Gömrük İnzibatçılığı Baş idarəsinin fiziki şəxslər üzrə iş şöbəsinin rəisi İlkin Hüseynzadə bildirib.

Qurum rəsmisi qeyd edib ki, resept kağız formasında olsa, yaxşı olar amma elektron formada da təqdim oluna bilər:

“Bu, yalnız şəxsin ailə üzvləri üçün keçərlidir. Əgər xəstə xarici ölkədə həkim qəbulunda olubsa, reseptə yazılan müddət və miqdar əsas götürülür”, deyə komitə rəsmisi əlavə edib.\\\musavat\\

 

603fef96-ddf1-4ce5-a183-994746e5f4ec.jpeg (86 KB)

Comments are closed.

Tərcümə »