Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Xankəndiyə gəliblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) Xankəndiyə gəliblər.

Səfər diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanış etmək məqsədi daşıyır.

Səfər çərçivəsində onların Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və Şuşada birinci yaşayış kompleksini ziyarət etməsi nəzərdə tutulub./Report.az/

Comments are closed.

Tərcümə »