Uçankuş TV-də yayımlanan Gökay Kalaycıoğlu proqramının qonağı olan müğənni Serpil Benay illər əvvəl İbrahim Tatlısəs tərəfindən təcavüzə məruz qaldığını söyləyib.
Yaşadıqlarını izah edən müğənni, – “Bu hadisə mənim sonum oldu” sözlərin ifadə edib. İctimairey.az xəbər verir ki, Uçankuş TV-də yayımlanan “Şənbə Magazine”nin bu həftəki qonağı 80-90-cı illərdə iz qoymuş müğənni Serpil Benay olub. Canlı yayımda səmimi etiraflar edən Benay İbrahim Tatlısəs haqqında xeyli danışıb.
“ZORLANMAM MƏNİM SONUM OLDU”
“Cinsi zorakılığa məruz qalmısınız?” Sualla bağlı açıqlama verən Serpil Benay 25-30 il əvvəl İbrahim Tatlısəsin zorakılığına məruz qaldığını söyləyib. Hadisədən sonra, karyerasının bitdiyini deyən ifaçı “Adımın çəkilməməsi üçün bunu etmirəm. Mənə belə şeylər lazım deyil. Belə bir şey oldu deyə, sevgilim də ayaqlandı. Sonra bir çox hadisələr oldu. Bu da mənim sonumu gətirdi. Onlar məni bitirdilər”.
Rəqs sənətçisi Leyla Adalı İbrahim Tatlısəs tərəfindən təcavüzə məruz qaldığını söylədikdən sonra, açıqlama verən Serpil Benay sözlərini belə davam etdirib: “Belə şeylər mənim başıma çox gəlib. Bunların hamısı mənim yaşadığım şeylərdir. Qumarxanalarda və televiziyada hər kəs eyni şeyi yaşayır. Əgər, İbrahim Tatlısəsin qurbanlarına zəng etsəniz, 5 il müddətinə, hər gün burada proqram apararsınız. Bəziləri utanır. Mən də utanırdım, amma, sonra düşündüm ki, mən nə etmişəm ki, utanmalıyam dedim. Yaxud, Leyla Adalı niyə utanmalıdır?”
İbrahim Tatlısəsin ona qarşı irəli sürülən ittihamlara necə cavab verəcəyi maraq doğurur. Hələ ki, bir cavab yoxdur.
İctimairey.az