İnsan beyni təbiətin ən güclü yaradılışıdır. Bunun necə işlədiyini başa düşmək o qədər də asan deyil. Bu orqan hələ də tam araşdırılmadığına, görə cəmiyyətdə beyinə qarşı çoxlu yanlış yanaşmalar.
Beyin yalnız 10% işləyir
Müxtəlif ruhanilər, medyumlar, ezoteriklər və digər maariflənmiş ağıllar çoxdan insana beyninin yalnız 10% işlədiyi fikrini aşılayıblar. Sanki orada gizli sahələr var ki, insanın lazımi səyi ilə birdən işə başlayır. Amma, reallıqda bunun tam cəfəngiyyat olduğu ortaya çıxır. Müasir skan üsullarından istifadə edən alimlər beynimizin 100% aktiv olduğunu müəyyən ediblər. Ancaq təbii ki, hamısı birdən aktiv olmur. Məsələn, gəzdiyiniz zaman beyninizdə hərəkətə cavabdeh olan bölgələr aktivləşir. Xoşbəxtlikdən və ya təəssüfdən, beyində işləməyən heç bir sahə yoxdur.
Əsas beynin ölçüdür
Albert Eynşteynin beyni adi insanınkından çox kiçik olub. Amma, biz onu dahi hesab edirik. Belə isə, onda balinanın beyninə nəzər salaq. Onun nəhəng beyni var, bəs onun super intellekti niyə yoxdur? Beynin açarı onun ölçüsündə deyil, quruluşundadır.
Sinir hüceyrələri bərpa olunmur
Əvvəllər insanın müəyyən sayda sinir hüceyrəsi ilə doğulduğuna inanılırdı. Həyat boyu onların sayı guya, durmadan azalır. Müasir diaqnostik üsullar isə, bu davamlı mifi təkzib etdi. Yetkin yaşında da sinir hüceyrələri də əmələ gələ bilər. Bu şok hadisəni izah etmək asandır: yeni hüceyrələr beyində kök hüceyrələrin çoxalması və onların sonradan yetkin neyronlara çevrilməsi hesabına formalaşır.
İnsanlar yaşlandıqca ağlı azalır
Alimlər 72 yaşlı kişinin beynində neyrogenez müşahidə ediblər. Təsəvvür etdiyiniz kimi, qocalıqda beynin quruması və geri dönməzlik mifi də dağılıb. Təbii ki, beynin gəncliyini uzatmaq üçün, səy göstərmək lazımdır. İntellektual və fiziki fəaliyyət, düzgün qidalanma və cinsi əlaqə neyronlara müsbət təsir göstərir.
Beyin şirniyyatı sevir
Effektiv işləmək üçün, beynə ilk növbədə oksigen və qlükoza lazımdır. Bədənimizdəki qlükoza səviyyəsi ciddi şəkildə müəyyən edilmiş bir parametrdir. Bir kiloqram konfet yeyirsinizsə, qlükoza səviyyəniz hələ də eyni qalacaq. Sadəcə olaraq, bütün artıq qlükoza yağda toplaşacaq. Beyin isə, eyni şəkildə işləyəcək. O, ümumiyyətlə, bənövşəyi rəngdədir, nəyə üstünlük verirsiniz: qarabaşaq sıyığına və ya südlü şokolada?
Beynin müəyyən hissələri yalnız konkret hisslərdən məlumat alır
Əvvəllər beynin müəyyən sahələrinin ciddi şəkildə müəyyən edilmiş hərəkətlər üçün kəskinləşdiyi güman edilirdi. Deyək ki, görmə yalnız vizual məlumatın qəbulu anında aktivləşir. Ancaq, əslində hər şey daha mürəkkəbdir. Beynimiz inanılmaz dərəcədə çevikdir. Məsələn, kor insanlar kitab oxuyarkən Brayl əlifbası və hətta eşitmə vasitəsilə belə, beynin görmə sahələri aktivləşir.
Yuxu zamanı beyin istirahət edir
Yuxu zamanı beyin dincəlmir. Üstəlik, beyin heç vaxt istirahət etmir. Bu yalnız koma vəziyyətində ola bilər. Yuxu zamanı beyin çox faydalı işlər görür. O, toksinləri təmizləyir və xaric edir, gün ərzində alınan məlumatları çeşidləyir, zahirən uyğunsuz görünən şeylər arasında əlaqələr qurur. Məhz bununla “kamilliyi nurlandırır” kimi izah edə bilər. Yeni, orijinal ideyalar beynimizdə elə də kortəbii yaranmır.
Esmira ŞÜKÜROVA
İctimairey.az