Türkiyənin Antalya şəhərində məhkəmə meşəni yandırmaqda ittiham olunaraq, həbs edilən 7 Rusiya vətəndaşını həbsdən azad edib. İctimairey.az xəbər verir ki, bu barədə Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin Rusiya bölməsinin vitse-prezidenti İvan Melnikov məlumat verib.
Hüquq müdafiəçisi məhkəmənin vəkillərin şikayətini təmin etdiyinə və şübhəlilər barəsində həbs-qətimkan tədbiri seçilməsinə aydınlıq gətirib. Eyni zamanda o, indi hansı tədbirin seçildiyinin dəqiqləşdirmədiyini bildirib.
Oktyabrın 25-də yeddi rusiyalı turist qrupu Türkiyənin Antalya şəhərində törətmədikləri yanğına görə həbs olunduqlarını bildiriblər. Turistlərin dediyinə görə, təbii yanğınla qarşılaşıblar və onu söndürmək qərarına gəliblər. Özlərinin öhdəsindən gələ bilməyəcəklərini anlayan ruslar xilasetmə xidmətini Likiya cığırına çağırıblar və meşədən çıxışda yerli polis onları həbs edib.
Ruslar polis bölməsinə aparılıb və ingilis dilini bilməyən vəkillə təmin olunublar. Turistlər Rusiya konsulluğunun müraciətlərə heç bir reaksiya verməməsindən şikayətlənərək, internet istifadəçilərindən onların həbsi ilə bağlı məlumat yaymalarını xahiş ediblər.
İctimairey.az