Prokurorunun başına ilgək atıb, maşına bağlayaraq, yerlə sürüdülər (VİDEO)

0

Uralda Kurqan vilayətinin Dalmatov rayonunun prokurorunu öldürməyə çalışıblar: onun başına ilgək atıb, maşına bağlayaraq, yerlə sürüyüblər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, hadisə səhər tezdən Qravinı kəndindəki kafenin yaxınlığındakı dayanacaqda baş verib. Orada prokuror Dmitri Dedulya bir kişi ilə dava edib. Sonra isə, qəzəbli kişi əvvəlcə prokuroru döyüb, sonra boynuna ilgək atıb, maşına bağlayıb, yerlə sürüdükdən sonra, maşına əyləşib oradan uzaqlaşıb.

Kamera görüntülərindən görünür ki, sürücü prokuroru yol boyu bir neçə metr sürüyüb, sonra saxlayıb maşından düşüb.

Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb və şübhəli şəxs saxlanılıb. Kurqan fermasının 37 yaşlı müdürü Amanjol Sautbayev olduğu ortaya çıxıb. O, ev dustaqlığına buraxılıb. Prokurorun vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib, onun hazırda məzuniyyətdə olduğu məlum olub.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »