Torpaqlarımızın hər qarışı bizlər üçün əzizdir. Əli Eyvazov.

0

Bu gün Azərbaycan öz qəhrəman şəhidlərini dərin hüznlə anır. Salyan rayonunun Şorsulu kəndində də Şəhidlər məzarlığı son bir il ərzində ən izdihamlı günlərindən birini yaşadı.

Şorsulu məktəbliləri Anım Günündə Qarabağ uğrunda döyüşlərdə canından keçən və kənd məzarlığında uyuyan 13 qəhrəman şəhidini ziyarət etdilər.
Qeyd edim ki, Şorsulu kəndində 3 orta təhsilli məktəb var. Hər 3 məktəb şəhid oğulların adını daşıyır. Bu gün şəhid Vüqar İsmayılov adını daşıyan tam orta məktəbin şagirdləri bir neçə il öncə bu məktəbin məzunu ölmüş, şəhid Ceyhun Talıbzadəni bir anlıq sükutla anıb, müqəddəs ruhuna dualar oxudu və şəhidlərə həsr olunan şeirlər ifa etdilər.
Məktəbin təşkilati işlər üzrə direktor müavini Zabit Abbasov İctimairey.az-a müsahibəsində məlumat verdi ki, ikinci Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan şəhid Ceyhun Talıbzadənin anım günü öncə, ibtidai sinif şagirdlərinin iştirakı ilə məktəbdə qeyd edilibdi.
Daha sonra, məktəbin direktoru Əli Eyvazov öz müsahibəsində qeyd etdi ki, “Məktəbimiz daim həm şəhidlərimizin valideyinlərini, həm də şagirdlərimizlə birlikdə hər bir şəhidimizin uyuduğu məkanı ziyarət edirik. Bu ziyarətlər onlarda vətənpərvərlik ruhunu bir daha möhkəmləndirir.

Şəhidlərimizin cəsarətlə, igidliklə keçdikləri döyüş yolunu şagirdlərimizə aşılamaq, döyüş tapşırıqlarını qorxu bilmədən yerinə yetirdiklərini, düşmənin istəyini gözündə qoyduqlarını dərk etdirmək çox vacib və əhəmiyyətlidir. Bu qəhrəmanlar döyüş tariximizdə əbədi iz buraxıblar. Zəfərə gedən yol təqvimi bu günündən başlayır. Biz uşaqlarımıza məhz bunu anlatmağa çalışırıq”.

Əli Eyvazov daha sonra əlavə etdi ki, torpaqlarımızın hər qarışı bizlər üçün çox əzizdir. Qeyd etməliyəm ki, şəhid Vüqar İsmayılov adını daşıyan məktəbin 100 dən artıb şagirdi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 12 nəfər igidi isə, şəhidlik zirvəsinə ucalıb.

Daha sonra, şəhid Ceyhun Aqil oğlu Talıbzadənin məzarı məktəblilərin iştirak ilə ziyarət edildi. Səhidlərin məzarı üstünə gül dəstələri düzüldü. Onların xatirəsinə yazılmış şerlər səsləndirildi.
Şəhidimiz Ceyhun Talıbzadənin məktəbdə oxuyan kiçik qardaşı Əkbər Talibzadə toplantı iştirakçılarına dərin təşəkkürünü bildirdi. Məktəbin drektoru Əli Eyvazov kiçik Əkbərə yaxşı oxumağı, cəsur qardaşının yolunu mərdliklə davam etdirməsini tövsiyə etdi.

Tədbirdə Şəhid İlqar Nəcəfovun atası Nəcəfalı kişi, Qarabaq Əlillərinə Qayğı İctimai Birliyinin sədr müavini Əflatun Rzayev, qazi Elman Abbasov, doyüşçu Ceyhun Hüseynov iştirak edirdilər.

Fuad QƏHRƏMANOV İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »