“Bakıdakı “Rus evi”nə qarşı casusluq fəaliyyəti ilə bağlı bütün ittihamlar əsassızdır”.
Musavat.com Lenta.ru-ya istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan telekanalının “Rossotrudniçestvo”nun yerli nümayəndəliyi ilə bağlı xəbərini belə şərh edib.
“Əgər hansısa nöqteyi-nəzərdən istifadə edirsinizsə, bizimlə əlaqə saxlayın, biz də öz nöqteyi-nəzərimizi bildirəcəyik. Amma bu, sadəcə olaraq doğru deyil. Bu ittihamlar əsassızdır”, – diplomat bildirib.
Xatırladaq ki, “Rus evi”nə qarşı iddialar rəsmi orqanlar tərəfindən yox, bir media qurumu tərəfindən səslənib.
Comments are closed.