Qəhvəli, kabablı casusluğun fotosu…

Öz ölkələrində polis, hərbçi, təlimatçı, kəşfiyyatçı kimi fəaliyyət göstərmiş, Ermənistan-Azərbaycan şərti sərhədinə isə Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyasının üzvləri kimi “məsum” bir ad altında gəlmiş avropalı, kanadalı casusların, təxribatçıların bir günü…

Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Ermənistan-Azərbaycan sərhədinə gələrək növbəti dəfə ərazilərimizi durbinlə gözdən keçirdikdən sonra “X” hesabındakı paylaşımda yazıb ki, “qəhvə və qonaqpərvərliyə görə yerli sakinlərə təşəkkür edirik. Aİ-nin Ermənistandakı missiyası cəmiyyətin etimadı ilə fəxr edir və regionda təhlükəsizliyin təmin edilməsinə sadiq qalmağa davam edəcək”.

Ermənilərin konyakla, kababla, qəhvə ilə bəslədikləri bu “təhlükəsizlik qarantorları” əslində regionumuz üçün ən böyük təhlükə mənbəyidir.

Yeri gəlmişkən, Aİ ötən gün Ermənistandakı bu yarımhərbi, yarımülki missiyasının fəaliyyət müddətinin daha iki il uzadılması barədə qərar qəbul edib.

Rusiyadan, İrandan əli üzülən (bu iki ölkə indi geosiyasi iflas dövrünü yaşayır) Ermənistan Aİ-nin missiyasından dördəlli yapışıb.

Ancaq Avropa İttifaqında Makron Fransasının hegemonluğu bitən kimi bu casuslar, “qarantor”lar da dərhal şələ-küləsini yığışdırıb Ermənistanı tərk edəcəklər.

Və elə bir məqam yetişəcək ki, Ermənistan bütün dayaq nöqtələrini itirəcək, tamamən dəstəksiz qalacaq. Həmin məqamın yetişməsində biz də aktiv iştirak etməliyik.

Araşdırmaçı jurnalist Bəybala Mirzəyev

Comments are closed.

Tərcümə »