Əslində, 7 mart 1991-ci ildə Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsinin lehinə 254 millət vəkili səs verib.
Əslində, 7 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyasıda 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
18 oktyabr 1991-ci ildə Ali Sovetin iclasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktının qəbulu zamanı səsvermədə iştirak edən 258 millət vəkilinin heç biri Müstəqillik Aktının əleyhinə səs verməyib.
Yalınz Konstitusiya Aktının ayrı-ayrı maddələrinin səsverməsi zamanı 1-2 nəfər əleyhinə səs verib.
Amma nədənsə hər ilin 18 oktyabr tarixində “Müstəqillik Aktının əleyhinə səs verənlər” başlığı ilə 31 nəfərin adı paylaşılır. Əslində adları qeyd olunan 31 nəfər 7 mart 1991-ci ildə Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsinin lehinə səs verənlərin yalnız bir qrupudur. Üstəlik həmin səsvermədə iştirak edənlərin 31-i deyil, 254 nəfəri SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirilməsinin lehinə səs verib. 6 nəfər bitərəf qalıb, 43 nəfər (İstiqlalçı deputatlar) isə əleyhinə səs verib. Digər deputatlar (47 nəfər) iclasda iştirak etməyib.
Zaur ƏLİYEV Dosent