Türkiyə Amerikanın F-16 yerinə, Rus Su-35 və Su-57-nin alınmasına icazə verdi

0

ABŞ F-35-dən sonra F-16 satışını dondurarsa, Türkiyə hakimiyyəti Rusiyadan Su-35 və Su-57 qırıcıları ala bilər. Bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir deyib.
Onun sözlərinə görə, Türkiyə sənayesi ölkənin təhlükəsizliyini təmin etmək üçün, hər şeyi edir.
İctimairey.az Kanal 7 telekanalına istinadən bildirir ki, İsmayıl Dəmir deyib: – “ lazım gələrsə, Ankara hər zaman çıxış yolu tapa bilər”.
Bundan əvvəl, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin (FSMTC) direktoru Dmitri Şuqayev Rusiyanın Su-35 və Su-57 qırıcıları ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar apara biləcəyini qeyd etmiş və bildirmişdi ki, – Ankara bunları almaq qərarına gəlsə, bu baş verəcək.
Bu arada, Yunan mətbuatı Ankaranın ən son rus Checkmate qırıcılarını satın alması barədə xəbər vermişdi. Təyyarə P.O. Suxov adına Dizayn Bürosunda hazırlanan beşinci nəsil rus çoxfunksiyalı qırıcısının layihəsi əsasında düzəldilib. Uçuş sınağı 2023 -cü ildə həyata keçiriləcək.
Eyni zamanda, Türkiyə müstəqil olaraq beşinci nəsil TF-X qırıcısı proqramı üzərində çalışır. Təyyarə sanksiyalara məruz qalan Amerika F-35-ə alternativ olmalıdır.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »