“Qalatasaray” və “Fənərbağça” ulduz futbolçunu heyətinə cəlb etmək üçün mübarizə aparır.
İstanbul nəhəngləri Markos Reşfordun transferində maraqlı tərəflərdir. Bu barədə “Relevo” məlumat yayıb.
Futbolçunun isə karyerasını davam etdirmək istədiyi ilk klubun “Barselona” olduğu qeyd edilib. Lakin kataloniyalılar maaş büdcəsi məsələsi ilə əlaqədar hərəkətə keçmir.
Qeyd edək ki, ingiltərəli oyunçu 2024/25 mövsümündə “Mançester Yunayted”in forması ilə 24 oyuna çıxıb və 7 qola, 3 məhsuldar ötürməyə imza atıb.//Offsideplus.az
Comments are closed.