İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin Qəzvin vilayəti üzrə nümayəndəsi və Qəzvinin cümə imamı Əbdülkərim Abedini tutduğu vəzifədən istefa verib.
Bu barədə İran KİV-i məlumat verib.
Məlumata görə, Qəzvinin cümə imamı istefa verməsi ilə əlaqədar müraciət ünvanlayıb.
O, istefa müraciətində 10 ildir cümə imamı kimi fəaliyyət göstərdiyini qeyd edib. Lakin hansı səbəbdən istefa verdiyi açıqlanmayıb.
İranlı rəsmiyə Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə Ərdəbilin cümə imamı Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin cümə imamı daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasınının zəruri olduğu vurğulanıb.
İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.//Trend
Comments are closed.