Qaçırılan şəxslərin avtobusla Haitinin paytaxtı hava limanına getdiyi bildirilir.
Haitidə, mətbuat xəbərlərinə görə, Amerika Birləşmiş Ştatlarından olan 17 missioner qaçırılıb. Mətbuatda yayılan məlumatlara görə, hadisə ölkənin paytaxtı Port-o-Prens şəhərində baş verib.
İctimairey.az The New York Times qəzetinin yazdığına görə xəbər verir ki, xristian missionerlərinin özləri ilə yanaşı, ailə üzvləri də qaçırılıb. Qəzetin yazdığına görə, amerikalılar hava limanına gedən avtobusda olublar.
Xatırladaq ki, Haitidə əvvəllər də ABŞ-la bağlı daha bir qalmaqal partlamışdı. Ölkə prezidenti Jovenel Moisein öldürülməsindən sonra, ABŞ-ın Özəl Hərbi Şirkət-nin dövlət başçısına hücum edən cinayətkarı işə götürülməsi və təlimi ilə məşğul olması barədə məlumatlar axmağa başlamışdı.
İctimairey.az