FT: Çinin hipersəsli raket sınağınının siqnalını ABŞ tuta bilməyib

0

Çin avqust ayında nüvə silahı daşıya bilən hipersəsli raket sınaqdan keçirdib. Financial Times (FT) mənbələri, ABŞ kəşfiyyatının sürprizlə “tutulduğunu” yazıb. Qəzet yazır ki, raket gizli buraxılış zamanı hədəfinə çata bilməyib, lakin “hipersəsli silahların hazırlanmasında inanılmaz irəliləyiş nümayiş etdirən ABŞ bunu gözdən qaçırıb”.
“Bunu necə etdiklərini ağlımıza sıxışdıra bilmirik” – qaynaq qeyd edib. Nəşrin mənbələri nəzəri olaraq raketin Cənub qütbü üzərində uça biləcəyini bildiriblər. Bu, ABŞ-ın şimal qütb istiqamətinə yönəlmiş raketdən müdafiə sistemi üçün problem yarada bilər.
Pentaqon sınaqlarla bağlı məlumatları şərh etməkdən imtina etsə də, ümumilikdə Çinin hərbi fəaliyyətindən narahat olduğunu bildirib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Jon Kirbi, ÇXR-in hərbi imkanlarının “bölgədə və xaricdə gərginliyi artırdığını” söyləyib.
Çinin ABŞ-dakı səfirliyinin nümayəndəsi Liu Penqyu, Çinin hərbi siyasətinin müdafiə xarakterli olduğunu qeyd edib. Onun sözlərinə görə, Pekinin “ABŞ kimi hərbi əməliyyatlar üçün qlobal strategiyası və planları yoxdur”. O, hesab edir ki, ABŞ son illərdə hipersəsli silahların inkişafına haqq qazandırmaq üçün, Çin təhlükəsi haqqında “mif uydurur”.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »