Məşhur tatar müğənni Alsu Bakıda verəcəyi konsertlə bağlı paylaşım edib.
14 fevralda Azərbaycanda sevənlərinin qarşısına çıxacağını bildirən sənətçiyə ermənilərdən reaksiya gecikməyib.
Onlar müğənninin Bakıda konsert verməsini düzgün hesab etmədiklərini yazıblar. Həmçinin “məsum” ermənilərin həbsdə olması kimi absurd şərhlər veriblər. Alsu isə yazılan rəylərə reaksiya verməyib.
Qeyd edək ki, müğənni Bakı Konqress Mərkəzində – Sevgililər günündə səhnəyə çıxacaq./Milli.Az/
Comments are closed.