ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltona ABŞ Məxfi Xidməti tərəfindən verilən hökumət müdafiəsinin ləğv edilməsi barədə göstəriş verdiyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Tramp Ağ Evdə çıxışı zamanı danışıb.
“Məncə, kifayət qədər vaxt var idi. Biz insanları ömür boyu qorumayacağıq. Niyə etməliyik? Bu ömürlük ola bilməz. Düşünürəm ki, o, çox axmaq adam idi, amma mən ondan yaxşı istifadə etdim. İnsanlar hər dəfə mənim arxamda Con Boltonla görüşə girdiyimi görəndə onun hücum edəcəyini düşünürdülər. Çünki o, hərbçi idi”, – deyə, o əlavə edib.
Onun sözlərinə görə, Bolton ABŞ-nin 43-cü prezidenti Corc Buşu Yaxın Şərqə daxil olmağa inandıranlar arasında olub:
“Bu, dəhşətli qərar idi. Yaxın Şərqi partladıb getdik. Bundan çoxlu ölümlərdən başqa heç nə almadıq. Çox adam öldürdük”.
Comments are closed.