Ermənistanın Baş naziri Paşinyan nəhayət təslim oldu!

0

“Türk Dəhlizi” açılır
Ermənistanın Baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri liderlərinin görüşündə onlayn çıxışında Qarabağ məsələsinə toxunub.

 


Nikol Paşinyan Türkiyə ilə Azərbaycan arasında yeni bir əlaqə təmin edəcək Zangəzur Dəhlizinin açılacağına işarə edib. Paşinyan Türkiyə haqqında da – “Mən qeyd etməliyəm ki, münasibətlərimizi normallaşdırmaq üçün, görüşün başlaması bu baxımdan katalitik rol oynaya biləcək digər bir faktordur” – dedi.
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında regional ünsiyyətin açılması ilə bağlı konkret nəticələr əldə olunacağına ümid etdiyini və Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət, üçtərəfli qrupun yaxın gələcəkdə konkret nəticələr əldə edəcəyini, nəqliyyat kanallarını və ümidlərini açmaq üçün çalışdığını bildirdi. Paşinyan, – “Bu, o deməkdir ki, biz Azərbaycan ərazisindən keçməklə, Rusiya ilə avtomobil və dəmir yolu əlaqəsini, İranla isə, dəmir yolu əlaqəsini təmin edəcəyik. Azərbaycan da Naxçıvanla torpaqlarımız vasitəsilə dəmir yolu və avtomobil əlaqəsi təmin edəcək” – deyib.
Paşinyan bəyan edib ki, Ermənistan sülhün simvolu və vasitəsinə çevriləcək nəqliyyat əlaqəsinin açılması ssenarilərini dəstəkləyir.
Ermənistanın bölgədəki bütün məsələlər üzərində işləməyə hazır olduğunu bildirən Paşinyan, Qarabağla bağlı razılaşmalardakı vəzifələrin yerinə yetirilməsinin bölgədə daimi və uzunmüddətli sülhə şərait yaradacağını vurğulayıb.
Paşinyan bu kontekstdə Rusiyanın bu prosesi tam dəstəkləməyə hazır olduğunu dilə gətirib.
30 ildir bağlanan bütün iqtisadiyyat və nəqliyyat xətləri açılacaq. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə “Zəngəzur Dəhlizi” adlandırdığı nəqliyyat xətti ön plana çıxıb.
Zəngəzur bir zamanlar müsəlman türklərin yaşadığı tarixi Azərbaycan ərazisi olsa da, 1920-ci illərdə Sovet İttifaqı tərəfindən Ermənistana birləşdirilmiş və bu gün də Ermənistan sərhədləri daxilindədir. Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycan Naxçıvanla quru əlaqəsini itirmişdi.
Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında birbaşa quru əlaqəsinin olmaması, Bakı üçün həmişə çətinliklər yaradıb. 44 günlük müharibədə Ermənistanın məğlub olması ilə imzalanan atəşkəsin 9-cu maddəsi bölgədə yaradılacaq nəqliyyat dəhlizləri ilə bağlı idi.
Azərbaycan avtomobil və dəmir yolu nəqliyyatının həyata keçiriləcəyi Zəngəzur dəhlizinin reallaşdırılması üçün, öz ərazisində sürətlə başladığı layihələri intensiv şəkildə davam etdirir.
Azərbaycanın paytaxt Bakıdan Füzuli əyalətinin Horadiz şəhərinə qədər olan dəmir yolu xətti artıq fəaliyyətdədir. Horadizdən Ermənistan sərhədinə qədər olan bu xəttin bəzi hissələri erməni işğalı zamanı dağıdılıb, bəzi hissələri isə, quraşdırılan bəndlər səbəbindən su altında qalıb. Buna görə də, Horadizdən Naxçıvanda Ordubada 166 kilometrlik yeni bir dəmir yolu xətti çəkiləcək.
Azərbaycan və Rusiya Zəngəzur bölgəsindən və Ermənistan ərazisindən keçən xəttin 43 kilometrlik hissəsinin tikintisi üçün danışıqlar aparacaq.
Azərbaycanın Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparmasının səbəbi Ermənistanın dəmir yollarının mülkiyyətinin Rusiyaya məxsus olmasıdır. Naxçıvanın şimalında Ordubadda yerləşən, Türkiyə, Ermənistan və İrana yaxın olan Velidağ stansiyasına qədər olan 158 kilometrlik xətt geniş şəkildə təmir olunacaq. Vəlidağda bitən xətt Ermənistanla sərhədə qədər 14 kilometr uzadılacaq.
Ermənistan bölgədə sülh axtarışına töhfə vermək qərarına gəlsə və bu nəqliyyat layihələrində iştirak edərsə, Bakıdan Horadizə və Horadizdən Naxçıvanın şimalına öz dəmir yolu xəttini birləşdirə biləcək. Beləliklə, Ermənistan Rusiya və İrana fasiləsiz nəqliyyat əldə edə biləcək.
Dəmir yolu xəttinə paralel olaraq, eyni marşrutlarda avtomobil yolları da istifadəyə verilir. Azərbaycan Zəngəzura qədər uzanacaq Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsinə artıq başlayıb və layihə sürətlə davam edir.
Digər tərəfdən Türkiyə ilə Azərbaycanın Qarsı Naxçıvana birləşdirəcək dəmir yolu xətti layihəsi də var. Bütün bu layihələr həyata keçirildikdə, Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi təmin ediləcək. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında Azərbaycan üzərindən quru və dəmiryolu ilə fasiləsiz əlaqə təmin ediləcək.
Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »