Rusiya lideri “onlarla ünsiyyət qurmaq lazımdır” fikri ilə razılaşır, amma bundan daha artıq yox.
Rusiya Prezidenti Vladimir Putin MDB həmkarlarını Əfqanıstanda Taliban hərəkatının gücünü tanımağa tələsməməyə çağırıb. O, bunu Müstəqil Dövlətlər Birliyi Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
“Talibanın rəsmi olaraq tanınmasında tələsməyə ehtiyac yoxdur. Biz onlarla ünsiyyət qurmağımızın lazım olduğunu anlayırıq, amma tələsməməliyik. Sizinlə birlikdə müzakirə edəcəyik və məsləhətləşəcəyik”, – Rusiya lideri bildirib.
Putin daha əvvəl xəbərdarlıq etmişdi ki, ölkədə Taliban hakimiyyətə gəldikdən sonra, terrorçuların fəaliyyəti ilə bağlı qarışıq vəziyyət qalmaqdadır. Rusiya prezidenti onların qonşu ölkələrdə genişlənməyə başlaya biləcəklərindən ehtiyat edir.
Xatırladaq ki, bu ilin 15 avqustunda radikal Taliban hərəkatının yaraqlıları Kabilə girərək, Əfqanıstanın bütün ərazisinə nəzarəti elan etdilər. Bu, ABŞ Prezidenti Co Baydenin qoşunların ölkədən çıxarılmasının başladığını elan etməsindən sonra baş verdi. Silahlılar bayrağını prezident sarayının üzərinə qaldıraraq, müharibənin bitdiyini elan etdilər və qanuni prezident Əşrəf Qani istefa edərək ölkəni tərk etdi. İctimairey.az taliblərin kim olduğunu və onların Əfqanıstan sakinlərinə nə verəcəyini araşdırıb.
“Taliban” sözünün puştu dilində tərcüməsinin mənası – çox məlumatlı “şagirdlər, tələbələr” deməkdir. Hərəkatın əsasını, əslində ölkədəki vəziyyətdən çox narazı qalan Əfqanıstan mədrəsələrinin tələbələri və ya məzunları təşkil edir. Hər bir sahə komandiri öz ərazilərində öz əmrlərini verir, bəziləri quldurlardan fərqlənmir, digərləri isə, dünyəvi diktatura ambisiyası ilə yaşayır. Taliban bu xaosa son qoymağa və nəhayət, ölkə daxilində öz nizamını qurmağa can atdı və demək olar ki, nail olmaqdadır.
Esmira ŞÜKÜROVA İctimairey.az