Dosent Zaur Əliyev: Əhməd Cavadı ermənilər döyərək öldürüblər.

0

Əhməd Cavad 1918-ci ildə Azərbaycanın müstəqil dövlət olmasını istəməyib. Türkiyə ilə birləşmək tərəfdarı kimi Müstəqillik aktına qarşı çıxmasına baxmayaraq çox sevdiyim bir şəxsiyyət olaraq qalmaqdadır.

Sonradan müstəqil Azərbaycan Cümhuriyyətinin sadiq vətəndaşı olan Əhməd Cavad 1920-ci ildə Azərbaycan parlamentinin üzərindən çıxardığı və güllələrdən dəlik deşik olmuş üç rəngli bayrağımızı 1937-ci ilə yəni qətlə yetirildiyi günə qədər qoruyub saxlaya bilmişdi.

Əhməd Cavadın 1937-ci ilin 3 iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtarmışdı. 1937-ci ilin 12 oktyabrında başlanıb, cəmi 15 dəqiqə davam edən məhkəmənin sədri Matuleviç, üzvləri Zaryanov və Jiqur olub. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Cavadı Azərbaycan Cinayət Məcəlləsinin 69, 70 və 73-cü maddələri ilə ittiham edib. İrəli sürülən ittihamlardan birincisi o idi ki, şair 1922-ci ildən əksinqilabçı Müsavat hərəkatının başçısı olub, 1936-cı ildən isə o, Azərbaycandakı mövcud üsyankar-terrorçu təşkilata qoşularaq, qarşısına Sovet hakimiyyətini yıxmaq, Azərbaycanı SSRİ-dən ayırmaq məqsədini qoyub.

Onu kameraya gətirilər, səhər, oktyabrın 13-ü onu güllələyəcəklər idi. Lakin gecə ikən kameraya daxil olan erməni və rus milisləri onu döyə-döyə öldürlər. Təsəvvür edin, başını divara vururlar, dəmirlə bel sümüyünü qırırlar, boynunun ardından dəmir dəyənəklə zərbələr vururlar…əzabla, son nəfəsinə qədər onu döyürlər. Öləndən sonra başına bir güllə də vururular. Sonra onun başına vurduqları güllə yerini göstərib guya məhkəmənin qərarını icra etdiklərini deyirlər .

Bir mənbə yazırdı ki, Əhməd Cavadı öldürüb atıblar Xəzər dənizinə. Sonra onun meyitini dənizdən çıxaran bakılılar gizlincə, onu səhv etmirəmsə, Yasamal ərazisində adsız məzarda dəfn ediblər.

Hüseyn Cavidi sürgünə aparanda son sözlərindən biri də bu olur: Təkcə Əhməd Cavad kişi çıxdı.

Zaur Əliyev. Dosent
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »