Türkiyənin Balıkəsir, Çanaqqala, İstanbul və İzmir şəhərləri üçün sarı kod xəbərdarlığı edilib.
Bu barədə ölkənin Meteorologiya Ümumi Müdirliyi məlumat yayıb.
Qeyd olunub ki, güclü yağışın İstanbulda sulu qarla qarışacağı, digər şəhərlərdə isə leysan xarakterli olacağı gözlənilir.
Müvafiq qurumlar sel, daşqın, torpaq sürüşməsi və nəqliyyatın kəsilməsi kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq barədə xəbərdarlıq edib.
Meteorologiyanın açıqladığı son hava hesabatına görə, Mərmərə və Şimali Egeyin yüksək hissələrdə sulu qar və qar, Aralıq dənizinin yüksək hissələrində qar, sahilyanı bölgələrdə isə şiddətli yağış yağacaq.
Güclü şimal küləyi Mərmərə, Egey və Şərqi Aralıq dənizində daha da şiddətlənəcək./BAKU.WS