Əraqçi və Qalibaf Pakistana getməyib – Tehran Livan şərtində israr edir

İran və ABŞ nümayəndələri arasında İslamabadda planlaşdırılan danışıqlar Vaşinqton Livandakı İsrail qüvvələrinin hərbi əməliyyatların dayandırılması ilə bağlı vədlərini yerinə yetirməyincə başlamayacaq.

Musavat.com xəbər verir ki, məlumatı İranın “Tasnim” xəbər agentliyi yayıb. Agentliyin İran hakimiyyətindəki mənbəsi bildirib ki, “danışıqlar ABŞ Livanda atəşkəslə bağlı öhdəliklərini yerinə yetirənə və İsrail hücumlarını dayandırana qədər dayandırılır”.

Bu baxımdan agentliyin mənbəyi İran danışıqlar qrupunun Pakistan paytaxtına gəlişi ilə bağlı məlumatları təkzib edib: “Bu məlumatlar yalandır”.

“Tasnim”in digər xəbərində bildirilir ki, İranın xarici işlər naziri Abbas Əraqçi və Parlamentin sədri Məhəmməd Bağır Qalibaf ölkəni tərk etməyiblər; hər ikisi Tehranda qalır və orada “rəsmi vəzifələrini fəal şəkildə yerinə yetirirlər”.

İranın Fars xəbər agentliyi də nümayəndə heyətinin Pakistana getməsi xəbərini yalan adlandırıb.

Comments are closed.

Tərcümə »