Qətər Xarici İşlər Nazirliyi İranın həyata keçirdiyi hücumlar nəticəsində dəymiş ziyanı kompensasiya etməli olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.
Qətər rəsmi şəkildə Birləşmiş Millətlər Təşkilatını (BMT) məlumatlandıraraq bildirib ki, ölkə ərazisinə pilotsuz uçuş aparatları və raketlərlə endirilən zərbələrə görə İran həm hüquqi, həm də maliyyə məsuliyyəti daşıyır.
Doha administrasiyası vurğulayıb ki, Tehran bu hərəkətlər nəticəsində Qətər dövlətinə dəymiş bütün zərərə görə tam təzminat ödəməlidir.
Comments are closed.