Bahar Festivalı – Novruz Bayramı ilk dəfə olaraq Le Mansda keçirildi

ASSOCIATION CULTURELLE D’AZERBAIDJAN EN MAYENNE – ACAM (adı dəyişilir: Türkiyə və Azərbaycan Assosiasiyası – ATA) tərəfindən keçirilən Bahar Bayramı – NOVRUZ ilk dəfə Fransanın Le Mans şəhərinə (Sarthe Departamentinə) gəldi. 28 Mart 2026 -cı il şənbə günü Jean-Ferrat des Sablons foyesində bir mədəniyyət şousu keçirildi.

Bir həftə əvvəl 21 Mart 2026-cı ildə Laval, Mayenne’dəki Novruz’u qeyd etdikdən sonra, daha çox parlamaq istəyən könüllülər, 28 Mart 2026-cı ildə Le Mansda (Sarthe Departamentində) ilk şənliyi təşkil etdilər.
Ailələr tərəfindən hazırlanan rəngarən milli yeməklər, şirniyyatlar və çaylarımız iştirakçılara Azərbaycan və Türk mətbəximizin necə zəngin dada malik olduğunu sübüt etdi. Yerli jurnalistlərin və rəsmi idarədən gəlmiş qonaqların şahidliyi, aparılıan fikir mübadilələri bunun bariz nümunəsi oldu.

UNESCO-nun qeyri-maddi irsi kimi təsnif edilən Novruzumuzu gənc ailələr çox yüksək şəkildə qarşıladı və ruh yüksəkliyi ilə digər insanlara tanıtdırdılır.
Sarthe Departamentin Le Mans şəhərinin Sablons rayonunda, Jean-Ferrat evində, ənənəvi geyimdə olan gənclər, bütün bu mədəni irsi əbədiləşdirərək, musiqi alətlərində ifa etdilər, milli rəqslərini tamaşaçılara təqdim etdilər. Bundan əlavə, Noruz festivalının daima həyata keçirilməsi bütün qonaqlar və iştirakçılar tərəfindən qeyd edilmişdir.

“ACAM (ATA) 2019-cu ildən fəaliyyət göstərir. Biz Mərkəzi Asiyanın bütün icmalarını NOVRUZ Bayramı ətrafında bir neçə ölkələr ilə birgə bir araya gətiririk. Biz nə siyasi, nə də dini işlərə qarışmırıq. Biz yalnız 3 000 ildən çox davam edən mədəniyyəti – NOVRUZUMUZU yaşadırıq.
Birliyimiz və Novruz Bayramı bütün digər ölkələr üçün açıqdır və Lavalda, eləcə də digər şəhərlərdə daimi olaraq qeyd edilməsi planlaşdırılır. Biz tam inteqrasiya, bərabərlik və qardaşlıq üçün gənclərimizi təşkilatlanmaya və digər layihələrdə aktiv olmağa dəvət edirik.” deyə Assosiasiyası rəhbərləri Mirzə MƏMMƏDOV və Orxan MUTLU bildirdi.

Comments are closed.

Tərcümə »