Məktəbə endirilən zərbədə ÖLƏNLƏRİN SAYI ARTDI – XİN-dən AÇIQLAMA

İranın cənubunda yerləşən Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində 150-160-a yaxın şagirdin həlak olduğu bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlama yayıb.

Onun sözlərinə görə, hücum zamanı məktəb binası hədəfə alınıb və nəticədə çoxsaylı azyaşlı qız həyatını itirib.

“Şəhərdəki məktəbə hücum nəticəsində 150-160 qızımız həlak olub. Bu, böyük cinayətdir”, – deyə Bəqai bildirib.

Məlumatı İranın rəsmi xəbər agentliyi ISNA yayıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi, dağıntılar altında qalanların olub-olmadığının araşdırıldığı bildirilir. Rəsmi qurumlar əlavə məlumatların yaxın saatlarda açıqlanacağını bəyan ediblər.

Comments are closed.

Tərcümə »