14 Fevral 2026 – Fransada ağır döyüş gecəsi: 3 qat dünya, 2 qat Avropa çempionu və Əməkdar İdman Ustası Aqşin Babayev oktagonda

Fransada keçirilən möhtəşəm MMA gecəsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdı. Azərbaycan Aqşin Babayev gecənin ən çox gözlənilən əsas qarşılaşmasında oktagona çıxdı. Bu döyüş onun üçün sadəcə növbəti qələbə və ya statistik göstərici deyildi. Bu, iki ölkənin MMA məktəblərinin qarşıdurması, gücün, texnikanın və sarsılmaz iradənin real sınağı idi.

Fransız rəqibi ilə üz-üzə gələn həmyerlimiz döyüşə tam hazır və yüksək motivasiya ilə çıxmışdı.

Güclü və dəqiq zərbələri, fiziki hazırlığı, soyuqqanlı və hesablanmış döyüş tərzi onu arenada fərqləndirən əsas xüsusiyyətləri idi. Sürətli kombinasiyalar, yerüstü bacarıq və döyüş tempini idarə etmə qabiliyyəti isə onun üstünlüklərini daha da ön plana çıxarırdı.

Fransada, yerli azarkeşlərin qarşısında qələbə qazanmaq həm idman, həm də psixoloji baxımdan böyük üstünlük demək idi və Aqşin bunun fərqində idi.

Arenada bütün diqqətlər oktagonda cəmlənmişdi. Zaldakı Soydaşlarımızla yanaşı, sosial şəbəkə izləyiciləri də həmyerlimizi böyük maraq və alqışlarla izləyirdilər. Azərbaycan bayrağı tribunada dalğalanır, azarkeşlərin dəstəyi isə məsafələri aradan qaldırırdı.

Və nəhayət, birinci raund başladı.
Şir pəncəli Aqşin bayrağımızın ruhunu özü ilə birlikdə oktagona gətirmişdi. Baxışları sərt, hərəkətləri dəqiq və inamlı idi. Rəqib onun gözündə sadəcə növbəti maneə idi. Start siqnalından dərhal sonra o, təşəbbüsü ələ aldı, mərkəzi nəzarətdə saxladı və sürətli kombinasiyalarla rəqibi geri çəkilməyə məcbur etdi. Hər zərbə düşünülmüş, hər addım hesablanmış idi. Temp tamamilə Aqşinin diktəsi ilə gedirdi.

Azərbaycan MMA-sı son illərdə sürətlə inkişaf edir və artıq Avropada ciddi rəqib kimi qəbul olunur. Bu gecə isə Aqşin Babayev Fransa arenasında təkcə öz adını deyil, ölkəmizin döyüş ruhunu təmsil edirdi. 14 Fevral 2026 Fransada Azərbaycan gücünün, peşəkarlığının və qürurunun nümayiş olunduğu bir gecə kimi yadda qaldı.

Comments are closed.

Tərcümə »