02.02.2026-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misir və Azərbaycan poeziyasına həsr olunmuş musiqli-poetik konsert keçirilib.
AZpress.AZ xəbər verir ki, Mərkəzin müdiri Prof.Dr.Tarek Mohammad tədbirin açılışını edərək qonaqları salamladı və onlara öz dərin təşəkkürünü bildirdi.
Misir və Azərbaycan poeziyasına həsr olunmuş musiqli-poetik konsertdə Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru Ülviyyə Hüseynova, Bakı Avrasiya Universitetinin Xarici əlaqələr üzrə prorektoru Sevda Rzayeva, Azərbaycan Respublikasının xalq şairi Baba Vəziroğlu və universitet tələbələri çıxış ediblər.
Tədbirdə tanınmış misirli və azərbaycanlı şairlərin şeirləri səsləndirildi. Bu şairlər ərəb dilinin poetik ənənələrini qorumaqla yanaşı, həm də müasir mövzuları öz yaradıcılıqlarında əks etdirmişlər.
Sonra Mərkəz tərəfindən fəal iştirakçılara təşəkkürnamələr təqdim edilərək, onların töhfələri qiymətləndirilib.
Qeyd edək ki, iki ölkənin çoxəsrlik ortaq ənənələrinə söykənən müştərək miras Misir və Azərbaycan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirmək və inkişaf etdirmək üçün etibarlı zəmin təşkil edir.
Comments are closed.