Milli Məclisin iclasında elektron siqaretin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi barədə danışan deputat Kamal Cəfərov yeniyetmələrlə bağlı daha bir təkliflə çıxış edib.
Musavat.com bu barədə xəbər verir. Deputat 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasını məhdudlaşdıran ictmia müzakirənin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı K.Cəfərov bu barədə təklif verib və spiker Sahibə Qafarovaya müraciət edib. Deputat bildirib ki, məsləhət bilinərsə, növbəti il müvafiq dövlət qurumlarının iştirakı ilə bu istiqamətdə dinləmə keçirilə bilər. Spiker növbəti sessiyada bununla bağlı müzakirələrin keçirilməsini mümkün sayıb.
Comments are closed.