Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısına daha 40 gəmini daxil etməyi planlaşdırır.
Musavat.comxəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas məlumat yayıb.
“Bu gün biz “kölgə donanması”na aid gəmilərlə bağlı qərar qəbul edəcəyik. Söhbət 40 gəmidən, eləcə də sanksiyalardan yayınmağa kömək edən şəxslərdən gedir”, – deyə Kallas Aİ Xarici İşlər Nazirləri Şurasının iclası ərəfəsində bildirib.
Kaya Kallas qeyd edib ki, nazirlər Kiyevin maliyyələşdirilməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər. Onun sözlərinə görə, bu cür problemlərin həlli üçün ən yaxşı yol Rusiyanın dondurulmuş aktivləri hesabına verilməsi planlaşdırılan “reparasiya krediti”dir.
Aİ diplomatiyasının rəhbəri etiraf edib ki, bu kredit məsələsində hələlik konsensus yoxdur. Onun sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərinin böyük hissəsinin saxlanıldığı Belçikanın razılığı olmadan qərar qəbul etmək çətin olacaq. Kallas vurğulayıb ki, bu mövzu ilə bağlı cari həftə həlledici əhəmiyyət daşıyır.
Comments are closed.