Elçin Əmirbəyov Belçikada Bakı və Brüssel arasında əməkdaşlığın genişləndirilməsini müzakirə etdi

Azərbaycan Belçika ilə ticari-iqtisadi münasibətlərin inkişafında maraqlıdır.

Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə jurnalistlərlə görüşündə bildirib.

“Azərbaycan və Belçika arasında diplomatik münasibətlərin 33 illiyinin qeyd edilməsi münasibətilə əlaqələr “sabit və konstruktiv” kimi xarakterizə edilib.

Səfəri zamanı Elçin Əmirbəyov Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, Belçika kralının diplomatik müşaviri, həmçinin Baş nazirin dəftərxanasının və parlamentin nümayəndələri ilə görüşüb”, – “The Brussels Times” yazıb.

E.Əmirbəyovun Belçika hökumətinin nümayəndələri ilə görüşündə iqtisadi əlaqələrin bir qədər məhdud qaldığı vurğulanıb.

Comments are closed.

Tərcümə »