Paşinyan: “Azərbaycanla aramızda sülh artıq təsis olunub”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh münasibətlərinə keçdiyini rəsmi şəkildə təsdiqləyib.

Bu barədə parlamentdə 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib.

Paşinyanın sözlərinə görə, hazırkı mərhələdə əsas hədəf sülhü qorumaq, möhkəmləndirmək və institusional səviyyədə rəsmiləşdirməkdir.

Baş nazir bildirib ki, Ermənistan “geopolitik tələdən çıxarılıb” və ölkə qarşısında yeni imkanlar açılıb:

“Artıq Ermənistanın inkişaf vizionunu xalq özü müəyyən edə bilər. Xalq sülhü seçkilərdə müdafiə etməlidir və mən əminəm ki, bunu edəcək”.

Paşinyan sülhün Ermənistan xalqının, övladlarının və gələcək nəsillərin təhlükəsizliyi üçün yeganə doğru yol olduğunu vurğulayıb və bunun keçmişin qurbanlarına ən böyük hörmət olduğunu qeyd edib.//musavat//

Comments are closed.

Tərcümə »