Bakı-Qəbələ-Bakı marşrutu üzrə VACİB XƏBƏR

“Azərbaycan Dəmir Yolları” QSC 8 noyabr – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

İctimai Rəy bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.

Məlumata əsasən, sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətə reyslər təşkil ediləcək.

Bakıdan Qəbələyə gedən reys səhər saat 07:30-da yola düşəcək. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edəcək.

Comments are closed.

Tərcümə »