“Bu gün Praqada, Forum 2000 tədbirində Əli Kərimlinin cəmi 5 dəqiqəlik videoçıxışı oldu.
Yəni, video öncədən göndərilmişdi, “Gücsüzlərin gücü”, adlı 35-40 nəfərin iştirak etdiyi, aktivistlərin öz şəxsi faciə hekayələrini danışdıqları kiçik bir paneldə çıxışı yayıldı.
İndi gördüm ki, hörmətli Əli bəy bu haqda fotokollajla post yayıb. Fotolar vizual manipulyasiyadir. Kərimlinin çıxışında nə Çexiyanın indiki, nə də Gürcüstanın keçmiş prezidenti vardı. Onlar dünən açılışda çıxış etdilər”.
Zafer Tv “Cebheinfo.az“-a istinadən xəbər verir ki, bunu ReAL sədri Natiq Cəfərli deyib.
O bildirib ki, bu gün uyğur, afrikalı, koreyalı və ukraynalı aktivistlərin faciəvi ömür hekayələri səsləndi, sonda Əli Kərimlinin 5 dəqiqəlik videosu yayıldı:
“Mən zalda idim, mənim fotomu paylaşmayıb, amma dünənki tədbirdən fotolar qoyaraq, insanları çaşdırır.
İlk foto Kərimlinin yaydığı postdur, sonra mənim çəkdiyim, həmin tədbirdə çıxış edənlərin, səhnənin fotosudur. Özünüz fikir verin ki, nə həddə manipulyasiya edilib…”
Bütün reallıqlar və illərlə deyilənlər də, görünənlər də, təsdiqini tapanlar da budur. Əli Kərimli neçə illərdir ətrafında manipulyasiya ilə saxladığı bu seyrək AXCP üzvlərini belə aldadır. Fotoşoplarla, yalanlarla…
Bu da o seyrək sayda olan AXCP üzvlərini manipulyasiya etmək üçün növbəti yalan idi. Amma çox tez ifşa olundu…
Comments are closed.