Avropa Komissiyası Qəzza zolağındakı vəziyyətlə əlaqədar İsrailə bütün ödənişlərin dayandırıldığını açıqlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ursula fon der Leyen İsrail rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi də təklif edib.
O bildirib ki, Qəzzada baş verənlər qəbuledilməzdir.
Eyni zamanda fon der Leyen Holokost muzeyinə və İsrailin qeyri-hökumət təşkilatlarına dəstəyin davam etdiriləcəyini vurğulayıb.
Bundan əlavə, Avropa Komissiyası İsraillə assosiasiya sazişinin ticarət baxımından məhdudlaşdırılmasını, həmçinin İsrailin “ekstremist nazirləri” və “aqressiv məskunlaşanlar”a qarşı sanksiyaların tətbiq edilməsini təklif etmək niyyətindədir.
Sentyabrın 5-də İsrail Qəzzada çoxmərtəbəli binalara hava zərbələri endirməyə başlayıb. İsrailin hərbi qüvvələrinin məlumatına görə, bu strukturlar HƏMAS tərəfindən istifadə edilib. Hərbçilər mülki şəxslər üçün riski azaltmaqdan ötrü hücumlarla bağlı əvvəlcədən xəbərdarlıq etdiklərini bildiriblər.
Comments are closed.