İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
İctimia Rəy xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2026-cı il iyunun 16-19-da IsDB Qrupunun gələn il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri
Samir Şərifov – Baş nazirin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Mikayıl Cabbarov – iqtisadiyyat naziri
Təşkilat Komitəsinin üzvləri:
Ceyhun Bayramov – xarici işlər naziri
Sahil Babayev – maliyyə naziri
Adil Kərimli – mədəniyyət naziri
Kəmaləddin Heydərov – fövqəladə hallar naziri
Vilayət Eyvazov – daxili işlər naziri
Rəşad Nəbiyev – rəqəmsal inkişaf və nəqliyyat naziri
Teymur Musayev – səhiyyə naziri
Şahin Bağırov – Dövlət Gömrük Komitəsinin sədri
Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi
Fuad Nağıyev – Dövlət Turizm Agentliyinin sədri
Taleh Kazımov – Mərkəzi Bankın sədri
Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görəcək.
Comments are closed.