Tramp Tokayevlə “əla söhbət”dən sonra Qazaxıstana səfər edə biləcəyini deyib

Amerika Prezidenti Donald Tramp Qazaxıstana səfər edə biləcəyini deyib və bu ölkənin prezidenti Kasım-Jomart Tokayevlə “əla söhbət” etdiyini bildirib.

“Report”un məlumatına görə, Amerika lideri bu barədə Nyu-Yorkda keçirilən ABŞ Açıq Tennis Çempionatının finalına gedəndə Ağ Ev çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Mən bunu edə bilərəm”, – ABŞ Prezidenti Qazaxıstana səfər edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib. “Onunla əla söhbətim oldu”, – Tramp Tokayev barədə danışarkən əlavə edib. “Ona salamlarımı çatdırın. O, əla insandır”, – Amerika lideri vurğulayıb.

Xatırladaq ki, Qazaxıstanın Baş nazirinin müavini – milli iqtisadiyyat naziri Serik Jumanqarin bu ayın əvvəlində bildirib ki, ABŞ ilə ticarət-iqtisadi əlaqələrin inkişafı respublikanın xarici siyasətində prioritet istiqamətdir. Onun sözlərinə görə, Astana ticarət dövriyyəsinin artırılması üçün potensial görür.

Comments are closed.

Tərcümə »