Lavrov: “Rusiya heç kimdən qisas almaq istəmir”

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbə mesaj göndərib.

Musavat.com xəbər verir ki, o, Moskvada çıxışı zamanı Rusiyanın keçmiş tərəfdaşlarını rədd etmədiyini bildirib.

“Rusiya heç kimdən qisas almaq niyyətində deyil. Moskva keçmiş Qərb tərəfdaşlarını uzaqlaşdırmaq istəmir, lakin onların keçmişdəki addımlarını da nəzərə alacaq”, – Lavrov vurğulayıb.

Nazirin sözlərinə görə, Moskva bundan sonra münasibətlərdə soyuq başla və yalnız öz milli maraqlarını əsas götürəcək.

Comments are closed.

Tərcümə »