Kreml: Dünya ölkələrinin əksəriyyəti təkqütblü dünyaya qarşıdır

Rusiya Qərbin yaratmaq istədiyi təkqütblü düzənə qarşı sərt mövqe nümayiş etdirib.

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov dünyanın əksər dövlətlərinin heç kim tərəfindən onlara qayda-qanun diktə olunmasını istəmədiyini bildirib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə balansın qorunması və çoxtərəfli əməkdaşlıq bəşəriyyətin maraqlarına daha uyğundur:
“Rusiya əmindir ki, dünyanın böyük əksəriyyəti təkqütblü sistemə qarşıdır və heç bir dövlət başqasının diktəsi ilə yaşamaq istəmir”, — deyə Peskov vurğulayıb.

Moskva hesab edir ki, hazırkı qlobal proseslər multipolyarlığın gücləndiyini və Qərbin təsir imkanlarının məhdudlaşdığını açıq şəkildə göstərir.

Comments are closed.

Tərcümə »