Baş nazirdən avtobuslarla bağlı QƏRAR

Elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumundan azad edilib.

İctimai Rəy xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla, bundan sonra İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumundan azad edilib.

Dəyişikliklə yalnız elektrikli mühərriklə hərəkətə gətirilən oturacaqsız, tutacaqsız və monitor quraşdırılmamış avtobuslara 15% idxal gömrük rüsumu tətbiq ediləcək.

Qərar bu il avqustun 1-dən tətbiq edilir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədə olacaq.

Comments are closed.

Tərcümə »