ATƏT-in Baş katibi Feridun Sinirlioğlu və ATƏT-in fəaliyyətdə olsan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Minsk qrupunun ləğv edilməsi haqqında Nazirlər Şurasının qərarını alqışlayıb.
İctimai Rəy APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat dərc olunub.
“Bu, onilliklərlə davam edən münaqişə və etimadsızlığa baxmayaraq, diplomatiyanın nəyə nail ola biləcəyini bizim diqqətimizə çatdıran tarixi bir irəliləyişdir. Bu onu göstərir ki, tərəflər arasında ortaq zəmin tapmaq üçün lazımi qətiyyət olarsa, razılığa gəlmək mümkündür”, – Baş katib Feridun Sinirlioğlu vurğulayıb.
ATƏT sədri Elina Valtonen isə bir daha Ermənistan və Azərbaycanı münasibətlərin normallaşdırılması və sülhə doğru tarixi razılaşmalar münasibətilə təbrik edib: “Mən vaxt itirmədən bu iki ölkənin müştərək müraciətinə baxdım və proses ərzində hər iki ölkənin mükəmməl səviyyədə göstərdiyi əməkdaşlığını yüksək qiymətləndirirəm”.
Comments are closed.