Bakı ilə İrəvan arasında normallaşma prosesi Gürcüstanda müzakirə edildi

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ABŞ-nin müvəqqəti səlahiyyətli səfiri Alan Persell ilə görüşü zamanı Ermənistan və Azərbaycan arasında sülh sazişini müzakirə edib.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, danışıqlar zamanı tərəflər Gürcüstan və ABŞ arasında əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib, ikitərəfli strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. M.Kvirivişvili qeyd edib ki, Tbilisi Vaşinqtonla münasibətlərin yenidən qurulmasında və strateji qarşılıqlı əlaqələrin bərpasında maraqlıdır.

M.Kvrivişvili Prezident Donald Trampın sülh təşəbbüslərinin, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişinin əhəmiyyətini vurğulayıb ki, bu da onun sözlərinə görə, bütövlükdə Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar açıb. Nazir əlavə edib ki, Vaşinqtonda əldə edilən nəticələr Gürcüstan hökumətinin prioriteti olan sülh və sabitliyin qorunması üçün böyük əhəmiyyət kəsb edir.

Tərəflər həmçinin ticarət, investisiya və nəqliyyat daxil olmaqla iqtisadi əməkdaşlığın geniş spektrini nəzərdən keçiriblər. O cümlədən, Gürcüstan hökumətinin Orta Dəhlizin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün həyata keçirdiyi və planlaşdırdığı infrastruktur layihələri də müzakirə olunub.//Report

Comments are closed.

Tərcümə »