Zəriflik və Zəka Simvolu: Mehriban Əliyeva

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millətimizin dəyərli və zərif siması Mehriban Arif qızı Əliyevanın doğum günüdür.

Mehriban xanım Əliyeva həm siyasət, həm mədəniyyət, həm də humanitar sahələrdə tükənməz enerjisi, yüksək insani keyfiyyətləri və sarsılmaz vətən sevgisi ilə seçilir. Onun adı bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada mərhəmət, intellekt və zərif liderliyin rəmzinə çevrilmişdir.

Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ölkəmizin tarixində silinməz izlər qoymuş, sosial ədalətin qorunması, milli-mənəvi irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi yolunda böyük töhfələr vermişdir. O, sadəliyi, səmimiyyəti və yüksək mənəvi dəyərlərə sədaqəti ilə xalqın qəlbində xüsusi yer qazanmışdır.

Bu əlamətdar gündə Mehriban Əliyevanı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, bitib-tükənməyən enerji, ailə səadəti və məsuliyyətli fəaliyyətində davamlı uğurlar arzulayırıq.

Azərbaycanın sabahına atılan hər addımda onun parlaq zəkası, fədakarlığı və vətənə sədaqətlə yoğrulmuş əməyi öz əksini tapmaqdadır.

Ad gününüz mübarək, Mehriban xanım!

Ayət Şirinov

Azərbaycan Həmrəylik Komitəsinin sədr müavini

Comments are closed.

Tərcümə »