Trampın Ukraynada sülh təşəbbüsü İFLASA UĞRADI

ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini dayandırmaq üçün göstərdiyi son səylər cəmi dörd gün ərzində iflasa uğrayıb.

Bazar ertəsi Tramp israrla bildirib ki, müharibəyə son qoyacaq sülh sazişi yaxınlaşır. Lakin cümə axşamı o, Kiyevin Rusiyaya daha çox hücum etmədən qələbə qazana bilməyəcəyini deyib.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşr yazır ki, bu bəyanat Trampın təşəbbüsləri ətrafında yaranan nikbinliyin sürətlə azaldığını göstərir.

Məlumata görə, Trampın planları çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə görüşlər nəzərdə tutulurdu. Hətta ehtiyat variant kimi onların birbaşa ikitərəfli dialoqu da gündəmdə idi. Lakin bu səylər nəticəsiz qalıb. Kreml, həmçinin sülhməramlı qüvvə yerləşdirilməsi ilə bağlı razılaşmanı da rədd edib.

Nəşrin qeyd etdiyi kimi, son yeddi ayda Tramp üçün əsas problem açıq qalır. O, Putinə nə qədər təzyiq göstərməyə hazırdır və Zelenskini dəstəkləməkdə hansı həddə qədər irəli gedə bilər?

WSJ hesab edir ki, bu uğursuzluq üslub fərqindən qaynaqlanır. Belə ki, Tramp şəxsi münasibətlərə arxalanır, Putin isə uzunmüddətli planla, minlərlə insanın həyatı bahasına Moskvanın mövqelərini möhkəmləndirməyə çalışır.

Tramp da artıq vəziyyətin dəyişmədiyini etiraf edib. O, cümə axşamı “Truth Social” platformasında dərc etdiyi paylaşımda sülh perspektivlərindən bəhs etmədən Ukraynanın yeni hücumlarının zəruriliyinə işarə edib.

“Altı ay əvvəl harada idiksə, indi də ordayıq. Heç bir razılaşma olmayacaq. Putin heç vaxt buna getməyəcək”, – ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker bildirib.

Comments are closed.

Tərcümə »