ABŞ 55 milyondan çox viza sahibi barədə araşdırma başladır

Donald Tramp administrasiyası ABŞ vizası olan 55 milyondan çox insanı ölkədən deportasiya ilə nəticələnə biləcək pozuntulara görə yoxlayacaq. Musavat.com xəbər verir ki, məlumatı Associated Press yayıb.

Dövlət Departamentindən bildirilib ki, “müddət bitdikdən sonra ölkədə qalma, cinayətlər, ictimai təhlükəsizliyə təhdidlər, hər hansı formada terror fəaliyyətində iştirak və ya terror təşkilatlarına dəstək” faktları aşkarlanan şəxslərin vizalarını ləğv etməyə hazırdır.

2025-ci ilin iyun ayında ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bir neçə yüz min yaşayış və iş icazəsinin ləğvi barədə xəbərdar yayaraq sənədsiz miqrantlara ölkəni tərk etməyi tövsiyə edib. Ağ Evin sahibi həmçinin 12 ölkə vətəndaşlarının ABŞ-a girişinə tam qadağa, daha 7 ölkənin sakinləri üçün isə qismən məhdudiyyətlər qoyub. Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarını əhatə edib. Bundan əlavə, qismən məhdudiyyətlər Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşlarını əhatə edib.\\musavat\\

 

 

Comments are closed.

Tərcümə »